GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin 10 aydan artıqdır ki, Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli fəal və din xadimi Əbdüləziz Əzimi Qədim yeni ittihamlarla qarşılaşıb.
Bir ilə yaxındır həbsdə olan azərbaycanlı fəal SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən təzyiqlərə məruz qalıb və “milli hərəkat təşkilatlarının bir cəbhəsi və ya birləşmiş koalisiyası yaratmağa çalışmaq”da günahlandırılıb. Bu yaxınlarda Əziminin ailəsi onun girov müqabilində azadlığa buraxılmasını istəyib, ancaq təhlükəsizlik qurumları buna mane olublar.
Qeyd edək ki, milli fəal daha öncə Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində qəddarlığı ilə tanınan Əbülqasım Səlavatinin sədrliyi ilə keçirilən məhkəmədə “ölkənin milli təhlükəsziliyinə qarşı toplaşmaq və sövdələşmək” ittihamı ilə 5 il, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə isə bir il həbs cəzasına məhkum edilib.