Çərşənbə , Sentyabr 23 2026
azfa

Həmədanda İkinci “Aşıqlar bayramı” festivalı keçiriləcək

GADTB: Güney Azərbaycanın Həmədan bölgəsində Mədəniyyət və İslami İrşad Baş direktoru Məhəmməd Rza Cavadi Həmədan vilayətinin şimalında “Aşıqlar bayramı” adlı ikinci yerli musiqi festivalının keçiriləcəyini açıqlayıb.

Məhəmməd Rza Cavadi bildirib ki, bu festivalın keçirilməsində məqsəd Aşıq musiqisini əyalətin ən görkəmli ənənəvi sənətlərindən biri kimi təbliğ etmək və tanıtmaq, sənət adamları arasında mədəni əməkdaşlıq platforması yaratmaq, gənc nəslin motivasiyası üçün bu sahənin görkəmli ustadlarını üzə çıxarmaqdır.

Onun sözlərinə görə, əsərlərin qəbulu üçün son tarix bu il sentyabrın 11-nə qədərdir. Festival 2025-cü il oktyabrın 4-də Kövrəng (Kabudrəhəng) şəhərində keçiriləcək.

Məhəmməd Rza Cavadi bütün sənət adamlarını, musiqiçiləri və həvəskarları bu festivalda iştirak etməyə və bu nəcib sənətin qorunub saxlanmasına və təbliğinə töhfə verməyə dəvət edib.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …