Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Heç bir günahı olmadan molla rejiminin edama məhkum etdiyi azərbaycanlı gənc aclıq aksiyasına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, heç bir günahı olmadan molla rejiminin edama məhkum etdiyi azərbaycanlı gənc aclıq aksiyasına davam etməkdədir.

Səhənd Nurməhəmmədzadənin atası Cəfər Nurməhəmmədzadə mediaya açıqlamasında oğlunun edam hökmünə etiraz olaraq üç gündür aclıq aksiyası keçirdiyini bildirib.

Atası oğlu barədə deyib: “Oğlumun əlində silah olmayıb, hətta hökumət qüvvələri ilə üz-üzə gəlməyib”.

Eyni zamanda Səhənd Nurməhəmmədzadənin hüquqlarını müdafiə edən vəkili də bildirib: “Biz müvəkkilimin hərəkətlərini məhkəmənin verdiyi “hakimiyyətə qarşı müharibə” hökmünə uyğun hesab etmirik. Təqsirləndirilən şəxsin digər təqsirləndirilən şəxsə verdiyi ifadənin şəriət və qanuni baxımdan heç bir etibarlılığı yoxdur”.

Səhəndin atası oğlunun mobil telefonunun təhlükəsizlik orqanlarının əlində olduğunu deyib: “Təfərrüatlar araşdırılıb və monitorinq olunub. Hər halda, Səhəndin telefonunun məzmununda nə hadisə yerindən, nə də başqa yerlərdən çəkilmiş video görüntü yox idi və ümumiyyətlə bununla bağlı keçirilən aksiyalar və digər məsələlərlə bağlı heç bir xüsusi təmas ya məlumat olmayıb.”

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …