Şənbə , İyun 6 2026
azfa

Hücumlarda xəsarət alan Təbriz hava limanı fəaliyyətini bərpa edib

GADTB: Təbriz Beynəlxalq Hava Limanı son müharibə zamanı uğradığı zərərdən sonra bu gün fəaliyyətini bərpa edir.

İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əxəvan bildirib ki, təmir işləri başa çatdıqdan sonra ilk uçuşun bu gün həyata keçirilməsi planlaşdırılır.

Bundan əvvəl hava limanının uçuş-enmə zolağı və idarəetmə qülləsinin zərbələr nəticəsində zədələndiyi açıqlanmışdı.

Məlumata görə, Təbriz hava limanı İranda hərbi əməliyyatlardan sonra yenidən açılan sayca 21-ci hava limanı olub.

Təbriz Beynəlxalq Hava Limanı ölkənin ən iri hava limanlarından biri sayılır və İstanbul, Bağdad, Dubay, Bakı, Hamburq və digər şəhərlərə beynəlxalq uçuşlar həyata keçirir.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …