GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Egey və Aralıq dənizlərində təxribat xarakterli hərəkətlərini inadla davam etdirir.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Yunanıstan hər dəfə bəzi təşəbbüslərlə, o cümlədən beynəlxalq təlimlərlə Türkiyəyə qarşı addımlar atır. Biz buna heç vaxt icazə verməyəcəyik”, – milli müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Türkiyə Yunanıstanda keçirilməsi planlaşdırılan NATO-nun “Tiger Meet” (“Pələnglə görüş” – red.) təlimlərinə qatılmaqdan imtina edib. Buna səbəb təlimin icrası üçün hazırlanan sənəddə Türkiyəni hədəf alan məsələlərin olmasıdır.