Şənbə , Fevral 8 2025
azfa

Human Rights Watch: İranda edamlar şiddətlənib

GADTB: Ötən il İbrahim Rəisinin həlak olması və Məsud Pezeşkanın Prezident seçilməsindən sonra da, İranda repressiyalar, hüquq pozuntuları və edamlar davam edib, bəzi hallarda isə daha da şddətlənib.

Bu barədə “Human Rights Watch”ın İranla bağlı yaydığı son hesabatında bildirilib.

“İslam Respublikasının hakimiyyəti dinc müxalifətin və siyasi etirazların bütün formalarını yatırmaqda davam edib. Bu repressiyaya qadın hüquq müdafiəçiləri, etnik və dini azlıqlar, 2021-ci il anti-hökumət etirazlarında həbs edilən və ya öldürülən bəzi şəxslərin qohumları daxildir və bütün bunlarla yanaşı, edamlarda da narahatedici artım müşahidə olunub”,- hesabatda deyilir.

Beynəlxalq təşkilat İran hökumətinin 2024-cü ildə də söz və fikir azadlığına qarşı sərt mövqeyini dəyişmədiyinə diqqət çəkib.

Hesabatın başqa bir hissəsində ölkədə məcburi hicab qaydalarını pozan qız və qadınlara qarşı təzyiqlərin artdığını bildirən Human Rights Watch, bununla yanaşı İranda qadınların öldürülməsi hallarının da çoxaldığını bildirib.

Hesabatn sonunda İranda yaşayan qaçqınların, xüsusən əfqanistalıların vəziyyətinin acınacaqlı olması qeyd olunub, hökumətin ictimai, iqtisadi və başqa sahələrdə onlara qarşı ayrı-seçkilik siyasəti yürütdüyünü, ölkədən məcburi deportasiya edildiklərini vurğulayıb.

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı iki əsas vasitə – Ermənistana dəstək və proksi müharibədən istifadə edib”

GADTB: “Atlantic Council” saytında “ABŞ #Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlığı ilə dərc olunan …

Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir

GADTB: Azərbaycan hərbçiləri Pakistanda çoxmillətli dəniz təlimində iştirak edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumata görə, Azərbaycan …