Çərşənbə , Oktyabr 14 2026
azfa

“Hüseyniyyun” terror qruplaşmasının “rəhbəri” yenidən peyda olub: “Azərbaycan əleyhinə tədbir keçirilib”

GADTB: İranda gizlənərək molla rejiminə sığınan və Azərbaycana qarşı təxribat fəaliyyətləri aparan “Hüseyniyyun” terror təşkilatının üzvlərinin iştirakı ilə dünən Urmiya şəhərində SEPAH və “Bəsic” qüvvələrinin təşkilatçılığı ilə Azərbaycan əleyhinə konfrans keçirilib. Bu barədə terror təşkilatının “Telegram” kanalı xəbər verib.

“Azadlıq Öncülləri” adı altında keçirilən konfrasda “İngiltərə və İsrailin Qafqazdakı nüfuzu”  mövzusunda terror təşkilatının radikal mövqeli qondarma lideri Tohid İbrahimbəyli də çıxış edib. Universitet öyrəncilərinin də məcburi cəlb olunduğu konfransın əsas mövzusu İranın Qafqazla bağlı mövqeyinin təbliğatı olub. /Azad İran

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …