Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

İbrahim Asimani Azəroğlu Təbriz həbsxanasında ailəsi ilə telefon əlaqəsindən məhrum edilib

GADTB: Azərbaycan milli hərəkatının fəalı İbrahim Asimani Azəroğlu molla rejimin təhlükəsizlik qüvvələrinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasına köçürüldükdən sonra ailəsi ilə telefon əlaqəsi qurmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, Asimani ötən çərşənbə axşamı, 2 dey 1404-cü il tarixində, təxminən üç həftə naməlum məkanda saxlanıldıqdan sonra Təbriz həbsxanasına köçürülmüşdü. Buna baxmayaraq, ailəsi onun hüquqi durumu, irəli sürülən ittihamlar və işinin gedişi barədə hələ də heç bir məlumat əldə edə bilməyib. Ailənin onun müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətləri isə indiyədək nəticəsiz qalıb.

İbrahim Asİmani 12 Azər 1404-cü il tarixində Təbrizdə molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Bu günədək onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlarla bağlı rəsmi açıqlama verilməyib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …