Cümə , Noyabr 14 2025
azfa

İbrahim Asimani Təbrizdə girov qarşılığında zaminə buraxıldı

GADTB: Azərbaycanlı yazıçı Zöhrə Vəfainin dəfn mərasimində molla rejimin ETTELAAT məmurları tərəfindən həbs edilən və Təbrizdə rejimin ETTELAAT İdarəsində bir neçə günlük sorğu-sualdan sonra zindana salınan Güney Azərbaycanın milli fəalı İbrahim Asimani dünən zaminə buraxılıb.

Bundan əvvəl Təbriz zindanından zəng zamanı o, Təbrizdə ETTELAAT İdarəsində dindirilərkən işgəncələrə məruz qaldığını və ayağından yaralandığını vurğulamışdı.

Qeyd edək ki,azərbaycanlı fəalın zaminə buraxılması üçün 100 milyonluq girov Təbrizdə rejimin prokurorluğunun 15-ci şöbəsi tərəfindən təyin edilib və onun məhkəmə işi müstəntiq Musəviyə təhvil verilib.

Həmçinin yoxlayın

Azərbaycan Rusiyaya nota verdi

GADTB: Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə …

Azərbaycan və Ermənistan liderləri Kopenhagendə “Tramp marşrutu” üzrə elektrik xətləri ilə qaz kəmərinin tikintisini müzakirə edib

GADTB: Kopenhagen görüşü zamanı Ermənistan və Azərbaycan liderləri “Tramp marşrutu” üzrə ilk növbədə elektrik ötürücü …