Şənbə , Aprel 25 2026
azfa

İcma sədri: Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatı müəyyən edilib

GADTB: Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatları müəyyən edilib.

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qafqaz Müsəlmanları İdarəsi və Qərbi Azərbaycan İcmasının birgə tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, müsəlman qəbiristanlıqlarının əksəriyyəti yer üzündən silinməkdədir: “Bəzilərinin üzərində erməni qəbiristanlığı salınıb. Bu, dəhşətli faktdır və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bununla bağlı QMİ ilə müştərək tədbirlər keçirilməlidir”.

İcma sədri həmçinin bildirib ki, İrəvanın Təpəbaşı məscidinin yalnız qalıqları günümüzədək gəlib çatıb, bir çox məscidlər isə tamamilə yer üzündən silinib:

“Ümumilikdə, 17 mahalı əhatə edən coğrafiyada 500-dən artıq məscidin mövcudluğu müəyyən edilib, təxminən 300 məsciddən isə heç bir iz qalmayıb. Müsəlman dini abidələrinin qorunması məsələsi xüsusi əhəmiyyət daşıyır. Bir çox qəbiristanlıqlar dağıdılıb, onların üzərindən yollar çəkilib, sənaye və digər obyektlər tikilib, bəzi hallarda isə Azərbaycan qəbiristanlıqlarının yerində erməni qəbiristanlıqları salınıb. Qərbi Azərbaycan İcması bundan sonra da həmin ərazilərdəki dini və mədəni irslə bağlı həqiqətlərin üzə çıxarılması istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa hazırdır. Bu istiqamətdə birgə konfransların və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur”.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …