Şənbə , İyul 19 2025
azfa

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın Xüsusi Təyinatlı Qüvvələrinin görüş keçirilib

GADTB: Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Həmçinin yoxlayın

İsrail və Suriya atəşkəs barədə razılaşdı; Sünni ərəb qəbilələri ilə druzilər arasında kəskin döyüş davam edir

GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin …

Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb

GADTB: Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə azalıb və göl acınacaqlı vəziyyətdədir. Göldə su səviyyəsi …