İkinci Qarabağ Savaşı “Anım Günü”nü Münasibəti ilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulu’nun Bildirisi

GADTB: Azərbaycan Cümhuriyyətinin Cümhurbaşqnı Başqumandan İlham Əliyevin dahi rəhbərliyində, işğal olunmuş torpaqların böyük hissəsi ana vətənə geri qaytarılmışdır. İkinci Qarabağ savaşında, Azərbaycanın igid əsgərləri, gizirləri və zabitləri, 44 gündə, 30 illik erməni işğalına və BM’in boş sərəncamlarına, öz canını qurban edərək son qoymuşdur. Bu Dövlət-Vətən savaşında şəhidlərimizə, yaralılarımıza və keçmiş 30 ildə erməni işğalına və cinayətkarlığına məruz qalan hərkəsə sayqılarımızı sunuruq. ”Azərbaycanın hər zaman mübariz oğlu və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tuturuq.”

Biz İran-Fars rejiminin Azərbaycan Cümhuriyyətinin sınırlarına ordu yığmağını və bəzi yetkililərin ağzından Azərbaycana qarşı uyqunsuz çıxışlarını şiddətlə qınayırıq.

Biz Güney Azərbaycan Milli Hərəkəti təşkilatları olaraq, hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu qorumaq için hazırdayıq.

Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulu

1- Azadlıq Cəbhəsi (GAMAC)

2- Azərbaycan Mərkəz Partiyası (AMP)

3-Azərbaycan  Milli Dirəniş Təşkilatı (Dirəniş)

4- Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)

5- Güney Azərbaycan  Demokrat Partiyası (GADP)

6- Güney Azərbaycan  İstiqlal Partiyası(GAİP)

7- Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)

8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

9-Güney Azərbaycan Demokratik Türk  Birliyi(GADTB)

27/09/2021

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalları məhkəmə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində …

Azərbaycan fəal Əsgər Fərəcinin Evin zindanında son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında cəza çəkən azərbaycanlı fəal Əsgər Fərəci …