Cümə axşamı , Noyabr 13 2025
azfa

İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının baş katibini qəbul etdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Söhbət zamanı dövlət başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.

Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlət başçısı təbriklərə görə təşəkkür etdi.

Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.

Dövlət başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı Azərbaycanla təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …