İngiltərə Türkiyə ilə müttəfiq olmağa hazırdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltərə Müdafiə və Təhlükəsizlik Forumunun rəhbəri Olqa Meytland Türkiyənin milli təhlükəsizlik sahəsində atdığı addımları vurğulayaraq, ölkəsinin Türkiyə ilə məlumat bölüşməyə hazır olduğunu və türk dövlətinin müttəfiq kimi qəbul edilməsinin lazım olduğunu bildirib.

Olqa Meytland “Anadolu”ya müsahibəsində Türkiyənin kibertəhlükəsizlik sahəsində mühüm aktor olduğunu deyib.

Dünyada milli təhlükəsizlik və müdafiə sahələrinə yanaşmada böyük dəyişiklik olduğunu vurğulayan Meytland aparıcı ölkələrin bu müdafiə və kibertəhlükəsizliyə çox ciddi büdcələr ayırdığını xatırladıb.

Böyük Britaniyanın əsgər sayını 83 minə, daha sonra isə 72 minə endirdiyini qeyd edən Meytlandbu bu yöndə qənaət edilən büdcənin kibertəhlükəsizlik sahəsində qiymətləndirildiyini deyib.

O, Türkiyənin də bu mənada önəmli ölkə olduğunu bildirib:

“Türkiyə çox önəmlidir, Prezident Ərdoğanın Kiber Təhlükəsizlik Mərkəzi qurmasını olduqca vacib hesab edirik. Əlbəttə ingilislər Türkiyə ilə məlumat bölüşməyə hazırdırlar, şübhəsiz ki, Türkiyəni kibertəhlükəsizlik sahəsində müttəfiq hesab etməliyik”.

Həmçinin yoxlayın

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə …

İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından …