Bazar , Sentyabr 19 2021
azfa

İnsan Haqları Kampaniyasından xəbərdarlıq: İran rejimi noyabr qətliamını təkrarlaya bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İnsan Haqları Kampaniyası İnranın bəşəriyyətə qarşı çoxsaylı cinayətlərini nəzərə alaraq Amerika və Avropa Birliyi ölkələrini İran rejiminin yeni qətliam törətməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

İnsan Haqları Kampaniyası Beynəlxalq Əfv Təşkilatının hesabatına istinad edərək İran rejiminin yenidən 2019- cu ilin noyabrında benzinin bahalaşmasına qarşı keçirilmiş etirazlarda olduğu kimi dinc əhalini qətliam etməsi ehtimalı barədə xəbərdarlıq edib.

 İnsan Haqları Kampaniyasının yaydığı bəyanatda İranın təhlükəsizlik güclərinin sivil etirazçıları qətlə yetirməsi və rejimin bunu gizlətmək üçün interneti kəsməsinə toxunulub.

Sözügedən mərkəz Amerika və Avropa Birliyinə üzv ölkələri İran rejiminin etirazçılara qarşı zorakılığını pisləməyə, eləcə də İranın törətdiyi cinayətlər barədə dünya ictimaiyyətinin xəbər tutması üçün Tehrandan internetə qoyduğu məhdudiyyətləri aradan qaldırması, tutulanların azadlığa buraxılması və hökumətin xalqdan intiqam almasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …