Cümə , İyul 17 2026
azfa

İnternetin tam kəsilməsinə və etirazçıların qətliamına baxmayaraq bəzi şəhərlərdə etirazlar güclənib – Video

GADTB: İranda rəqəmsal blokadaya baxmayaraq, sosial şəbəkələrdə yayımlanan videolar İsfahan, Məşhəd, Tehranın müxtəlif bölgələri, Yəzd, Fars vilayətinin Lamerd şəhəri, Qum, Rəşt və Fuladşəhrdə etirazçıların küçələrə çıxdığını göstərir.

Məşhəddən yayımlanan və üzərində cümə gününün tarixi oxunan videolarda Vəkilabad bulvarında toplaşan çoxsaylı izdihamın şüarlar səsləndirdiyi görünür.

Görüntülərin Starlink interneti vasitəsilə yayımlandığı ehtimal olunur. Videolarda, cümə axşamı gecəsi olduğu kimi, İran hakimiyyətinə qarşı şüarlar səsləndirilir. Avtomobillərin uzunmüddətli etiraz siqnalları və “Diktatora ölüm” kimi şüarlar eşidilir.

Tehranın Ariyəşəhr, Əndərzqo, Narmək, Punək, Şəriəti kimi bölgələrindən yayımlanan videolarda da oxşar şüarlar səsləndirilir; bəzilərində atəş səslərinin eşidildiyi bildirilir.

Kərəcdən gələn məlumatlara görə, etirazçılar ötən gecə baş verən genişmiqyaslı repressiyalara baxmayaraq yenidən küçələrə çıxıblar və “Bəsici, Sepahi – bizim DAEŞ sizsiniz” şüarını səsləndiriblər.

Bununla belə, cümə axşamı gecəsi ölkənin müxtəlif bölgələrində insanların geniş şəkildə küçələrə çıxmasından sonra tətbiq edilən rəqəmsal blokada səbəbindən İrandakı vəziyyətlə bağlı məlumatlar məhduddur.

Linklər:

https://t.me/GADTB1/47893

https://t.me/GADTB1/47892

https://t.me/GADTB1/47890

https://t.me/GADTB1/47889

https://t.me/GADTB1/47887

https://t.me/GADTB1/47886

Həmçinin yoxlayın

Tanker Trackers: ABŞ İran İslam Respublikasına məxsus mazutla yüklənmiş neft tankerini saxlayıb

GADTB: SENTKOMun Oman körfəzində M/T “Ven Yao” neft tankerinin saxlanılması və yoxlanılması ilə bağlı məlumatından …

SENTKOM: ABŞ altıncı gecə ardıcıl olaraq İran İslam Respublikası rejiminin onlarla hərbi mövqeyinə zərbələr endirib

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi …