Cümə axşamı , Noyabr 13 2025
azfa

İntizam Komitəsi Şuca Xəlilzadəni cərimələyib

GADTB: Güney Azərbaycanın Traxtur komandası ilə “Fulad Xuzistan” komandasının matçından sonra Traxtur komandasının kapitanı Şuca Xəlilzadə hakimin ünvanına sərt ifadələr işlətməklə böyük səs-küyə səbəb olub. O, oyundan sonra verdiyi müsahibədə hakim Bijən Heydəriyə hücum çəkib və idman müşahidəçiləri tərəfindən təhqiramiz hesab edilən ifadələr işlədib.

Bu davranışdan sonra Futbol Federasiyasının nizam-intizam komitəsi hökm çıxarıb və Xəlilzadəni “yalan yaymaq və hakimi təhqir etmək” ittihamı ilə 200 milyon tümən cərimələyib.

Güney Azərbaycanın Traxtur komandası oyunlarında hakim səhvləri reaksiyalar dalğasına səbəb olub. “Traxtur” klubu rəsmi açıqlamada son matçların hakimliyinə etiraz edərək bildirib: “Bu yanlış yolun davam etdirilməsi İran futbolunda ictimai etimadın çökməsi və ədalətin gözdən salınması deməkdir”.

Həmçinin yoxlayın

“Traxtur” 2025-ci ilin İranın adlanan ərazidə ən yaxşı futbol komandası seçildi!

GADTB: Futbol Tarixi və Statistikaları üzrə Beynəlxalq Federasiya (IFFHS) 2025-ci il üçün dünyanın ən güclü …

Tikantəpənin Zərəşuran qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

GADTB: Bu gün Tikantəpə (Təkab) şəhərində yerləşən Zərəşuran qızıl mədəninin bir qrup işçisi müəssisənin inzibati …