İrəvan sərgisində çox sayda İran şirkəti iştirak edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Avrasiya” sərgisi İran şirkətləri və Ermənistan da daxil olmaqla Avrasiya Birliyinə üzv ölkələrin bir sıra şirkətlərinin iştirakı ilə baş tutub.

Sərgiyə gələn ziyarətçilərin fikrincə, bu sərginin keçirilməsi İranın və Avrasiya Birliyinə üzv ölkələrin imkanları ilə tanış olmaq üçün əlverişli fürsətdir.

Ermənistan İranın Avropa və Avrasiya ilə ticarət qapısı sayılır və bu ilin ilk 8 ayında İranın Ermənistana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

Qeyd edək ki, daim müsəlmanların yanında olduğunu iddia edən İran hökuməti Ermənistanla gündən-günə öz ticarət əlaqələrini genişləndirir. Bunun bir başqa örnəyi də bir neçə gün öncə Yerevanla ticarət və gömrük əlaqələrini genişləndirmək üçün İranın Baş Gömrük İdarəsi rəisinin Ermənistana ikigünlük səfəri idi. Azərbaycanın İrana uzatdığı mehriban qonşuluq və dostluq əlini geri çevirən molla rejimi, görünür, Azərbaycanın Qarabağ savaşından sonra qalib ölkə olaraq bölgədə söz sahibi olmasını həzm edə bilmir. Bu da təbiidir əslində, çünki İran hakimiyyəti Azərbaycanla Türkiyənin, hətta bütün türk dünyasının birbaşa birləşməsindən qorxur. Özəlliklə Qarabağ savaşından sonra bölgədəki hadisələrdən kənarda qalan Tehran nə qədər acizləşib ki, beynəlxalq banklara borcu artıq son həddə çatıb, buna görə məğlub Ermənistanla əlaqələrini genişləndirməyə səy göstərir.

“Azad İran”

Həmçinin yoxlayın

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə …

İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından …