İrəvan xanlığı hansı şəraitdə yarandı və ermənilər bura niyə axışdılar?

GADTB: Nadir şahın 1747-ci ildə qətlə yetirilməsindən sonra Çuxursad bəylərbəyi Pir Mahmud xan hakimiyyəti əldə saxlamağa çalışsa da, İrəvanda üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan 1747-ci ildə özünü xan elan edərək müstəqil İrəvan xanlığının əsasını qoymuşdu.

Xanlıq ərazisindəki bütün inzibati, təsərrüfat, məhkəmə və hərbi işlər xanın əlində cəmləşmişdi. Burada sərdarın hakimiyyəti mütləq idi. Xan ölkənin tam sahibi idi. O, xanlıq ərazisində görüləcək işlər üçün heç kimə hesabat vermir və heç kimdən icazə almırdı. Xan istənilən adama istənilən cəzanı verə və ya bağışlaya bilirdi. Xanlıq ərazisində Üçmüəzzin kilsəsində yerləşən erməni katolikosu da İrəvan xanının razılığı ilə seçilirdi.

Ermənilərin İrəvan xanlığı ərazisinə köçürülərək burada saylarının süni şəkildə artırılmasının tarixi bir qədər əvvəllərə aiddir. Belə ki, Azərbaycanın bu bölgəsinə ermənilərin varid olması hələ 1441-ci ilə aid edilir. Həmin ildə erməni katolikosluğu Kilikiyadan Azərbaycan Qaraqoyunlu dövlətinin ərazisinə – Üçkilsəyə köçürülməsini həyata keçirmişdir.

Erməni katolikosluğu XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri dövründə də Azərbaycan türklərinin öz doğma torpaqlarını tərk etməsindən məharətlə istifadə edərək, burada ermənilərin sayını artırmaq üçün əllərindən gələni edirdi.

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycana qarşı fitnəkarlığı; İraq Kürdüstanının valiləri Urmuda İranın Daxili İşlər naziri ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycana qarşı fitnəkarlığı və düşmənçiliyi …

Azərbaycanlı milli fəalın müvəqəti həbs müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Araz Əmaninin ailəsi milli fəalın son durumunu …