Şənbə , Aprel 20 2024
azfa

İrəvanda İran-Ermənistan Birgə Əməkdaşlıq Komissiyasının 17-ci iclası keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri bildirib ki, təmsil etdiyi nazirlik hədəf ölkələri ilə birgə iqtisadi toplantıların təşkil edilməsi məsələsinə ciddi şəkildə diqqət yetirir.

O, habelə deyib: “Ermənistanla Birgə İqtisadi Komissiyanın 17-ci iclası mayın 10 və 11-də İrəvan şəhərində təşkil ediləcək. Bu tolantı İran və Ermənistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində yüksək rol oynaya bilər”.

Tərəflərin bu görüşdəki anlaşmaların həyata keçirilməsinə çalışmasının vacibliyini vurğulayan Səfəri, İranın 5 milyard dollarlıq Ermənistan bazarındakı payını cüzi hesab edərək bildirib ki, ikitərəfli əlaqələrdə enerji, tranzit, elektrik stansiyası, kənd təsərrüfatı, səhiyyə və tibbi ləvazimatlar, rabitə və informasiya texnologiyaları kimi müxtəlif sahələrdə əhəmiyyətli imkanlar var. O, sonda qeyd edib ki, tərəflər fəal iştirak edərək iki ölkə arasındakı əlaqələri əhəmiyyətli dərəcədə artıra bilərlər.

Qeyd edək ki, Birgə İqtisadi Komissiyanın iclası İran və Ermənistanın energetika nazirlərinin sədrliyi ilə baş tutacaq. İran rejimi xüsusilə II Qarabağ müharibəsi dövründən açıq şəkildə işğalçı Ermənistana dəstək verib və hazırda da Ermənistanı himayə etməyə davam edir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …