Çərşənbə axşamı , İyun 25 2024
azfa

İran əlaltıları vasitəsilə Azərbaycana qarşı təxribatlara davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Azərbaycana və Türkiyəyə qarşı yetişdirdiyi əlaltıları vasitəsilə təxribatlarına davam edir. Rejimin Azərbaycana qarşı yetişdirdiyi Salar Seyfəddini adlı manqurd İran rejiminin Azərbaycana qarşı təhrif və təxribatını bir daha nümayiş etdirib.

Seyfəddini bu yaxınlarda şəxsi “Tvitter” hesabında Tehran bələdiyyəsi tərəfindən bir neçə ay öncə Tehran küçələrindən birinə verilən Azərbaycanın Şuşa şəhərinin təhrif edilmiş “Şuşi” adının fotosunu “Shusi” həştəqi ilə paylaşıb.

Hər zaman Tehran hökumətinin siyasətinə uyğun və sifarişi ilə Azərbaycana qarşı qərəzli və əsassız təhlil yazıları ilə tanınan bu “siyasi şərhçi”nin İran-Azərbaycan əlaqələrinin yenicə normal məcraya düşdüyü bir vaxtda belə təxribat xarakterli paylaşımlara əl atması düşündürücüdür və İran rejiminin əsil mahiyyətini üzə çıxarır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …