Çərşənbə axşamı , İyun 25 2024
azfa

İran ən çətin vəziyyətdə də Azərbaycanla düşmənçiliyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ən çətin vəziyyətində də Azərbaycana qarşı düşmən mövqeyindən geri oturmur.

İranın “Tabnak Khozestan” saytının eksperti Fərdin Purnəsiri Azərbayca əleyhinə əsassız iddialarla dolu qərəzli yazı dərc edib:

“Sionist rejim, Səudiyyə Ərəbistanı və Türkiyənin Azərbaycana hərbi və siyasi dəstəyi göstərir ki, Cənubi Qafqazda gedən proseslər aktyorların müəyyən olması və İranla qarşıdurma üçün təhlükəsizlik, hərbi və siyasi cəbhənin formalaşması istiqamətində gedir.

Səudiyyə Ərəbistanı, İsrail və Türkiyə rəsmiləri ilə Azərbaycan arasında bu gediş-gəlişlər İranla qarşıdurma məqsədi daşıyır, çünki zəif Ermənistana nəzarət etmək üçün belə bir koalisiyaya ehtiyac yoxdur və daha əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında sərhəd xətləri ilə bağlı saxta gərginliklər və Qafqazda baş verənlərdə İran xalqının şüurunda İslam-küfr müharibəsi görüntüsü yaratmaq məqsədilə pantürkist cərəyanların canlandırılması prosesi səngiməkdədir.

Həm də, aldadıcı toz-duman və emosional illüziyaların aradan qalması ilə, əsas intriqa uğursuzluğa düçar olmaqdadır.

İsrail, Türkiyə və Səudiyyə Ərəbistanı üçbucağı+Pakistan Azərbaycanın Qarabağ müharibəsində əsas dəstəkçilərindən olublar. Bu dəstəklərin hamısı bugünkü hadisələrə gətirib çıxarmaq üçün idi ki, bütün bu ölkələr və sionist rejim İran mərkəzli ticarət və tranzit xətlərində (Süveyş kanalı əvəzinə Şimal-Cənub dəhlizi) yeni nizamın formalaşmasına mane olsunlar. Çünki bu, Qərb blokunun hegemonluğunu zəiflədəcək”.

Qərb bloku üçün digər faydalı layihələr arasında Şimal-Cənub Dəhlizinin Türkiyəyə doğru istiqamətinin dəyişdirilməsi (özü də Zəngəzur bölgəsinin, yəni Sünik vilayətinin tutulması və Naxçıvana, Türkiyə və Aralıq dənizi sahillərinə birləşməsi yolu ilə), həmçinin Xəzər dənizindən, Türkmənistandan və Qazaxıstandan enerjinin Avropaya ötürülməsi məsələsi gündəlikdə durur, hansı ki, sözügedən ölkələr tərəfindən icra edilir.

Bu, regional və qlobal gücləri əhatə edən hibrid müharibədir və təbii ki, başqalarından daha çox sərmayə qoyan və bu tranzitin mərkəzini özünə çəkməyi bacaran istənilən ölkə sanki liderliyi başqalarından almış olacaq”. /Azad İran

Həmçinin yoxlayın

Güney Azərbaycanın Qəzvin bölgəsində avtomobil şirkətinin aldadılmış səhmdarları etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Qəzvin bölgəsində müflis olmuş “Rezayət …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …