Cümə axşamı , Sentyabr 17 2026
azfa

İran ABŞ-la dialoq barədə xəbərləri yenidən təkzib edib

GADTB: İran ABŞ-la danışıqlar aparması ilə bağlı iddiaları təkzib edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, İran və ABŞ arasında birbaşa dialoq aparılmayıb.

“Sadəcə, bəzi vasitəçilər, o cümlədən Pakistan vasitəsilə bizə ABŞ-ın danışıqlara hazır olması ilə bağlı mesajlar ötürülüb”,- Bəqayi bildirib.

Bəqayi ABŞ-ın İrandan tələblərini “həddən artıq və qeyri-məntiqi” olaraq xarakterizə edib və ABŞ-ı mövqeyini tez-tez dəyişməkdə ittiham edib.

Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin İslamabaddakı görüşünə toxunan iranlı diplomat, ölkəsinin bu görüşlərdə iştirak etmədiyini vurğulayıb.

“Region ölkələrinin sülhə dair narahatlığının olması təqdirəlayiq haldır, lakin hadisələrə realist nəzərlə baxmaq lazımdır. Bu müharibəni İran başlamayıb. Əksinə, İran diplomatik bir prosesin ortasında hücuma məruz qalıb. Dünya unutmamalıdır ki, İran ağıllı bir ölkə olaraq danışıqlara qoşuldu, lakin danışıqlar masasını dağıdan ABŞ oldu”,- İran XİN sözçüsü bildirib.

İranın qonşularla münasibətinə toxunan Bəqayi qeyd edib ki, “İran bütün region ölkələri və Fars körfəzi ətrafındakı dövlətlərlə qonşu olmuşuq və olaraq qalacaq”.

“Bütün qonşu ölkələrlə ortaq mədəni, dini və tarixi dəyərlərə sahibik və heç vaxt qonşu ölkələri düşmən hesab etmirik. Başqaları gedir, biz və qonşularımız isə bölgədə qalırıq”,- İran XİN sözçüsü bildirib.

O, İranın ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə almasını “tamamilə əxlaqi və məntiqi” adlandırıb və bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsi ilə əsaslandırıb.

“Bütün ölkələr bilir ki, öz ərazisindən başqa bir ölkəyə hücum etmək üçün istifadəyə icazə vermək beynəlxalq qanunlara ziddir və bu, həmin ölkələri hədəfin bir hissəsinə çevirir. İranın etdiyi özünümüdafiədir və bu, heç bir ölkəyə qarşı düşmən hərəkəti kimi qəbul edilmir. Qonşu ölkələrdən gözləntimiz budur ki, beynəlxalq hüquq və normal qonşuluq münasibətləri çərçivəsində öz öhdəliklərinə sadiq qalsınlar. Bu müharibə fitnə-fəsad mənbəyi ola bilər”, – Bəqayi ifadə edib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …