Cümə axşamı , Fevral 12 2026
azfa

İran adlanan ölkə ilə Səudiyyə ərəbistanının savaşı başlaya bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ-ın dəstəyi ilə İran adlanan ölkə ilə müharibəyə başlaya bilər.

Bu iddia ilə türkiyəli ekspert Yasin Atlıoğlu çıxış edib. O bildirib ki, Qaşıqçı olayı Məhəmməd bin Salmanın islahatçı imicinə böyük zərbə vurub:

“Vəliəhd korlanan imicini bərpa etmək naminə Avropa ölkələri və ABŞ üçün xəzinə torbasını açacaq. Qaşıqçı olayından sonra sanki Suriya məsələsi qapanıb. Düşünürəm ki, noyabr ayından başlayaraq İrana sanksiyalar məsələsi Qaşıqçı gündəminin yerini tutacaq. Artıq vəliəhdin İran və Hizbullahla bağlı konstruktiv mövqeyi var. ABŞ-ın satdığı silahlar hesabına Səudiyyə ordusunun ən son texnologiyalarla təchiz olunub. İranla münaqişə üfüqdə görünə bilər. Təbii ki, ABŞ-ın dəstəyi ilə… Səudiyyə ordusu Yəməndə özünü sınaqdan keçirir. Bundan sonra İranla müharibədən söhbət gedə bilər”.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın