Çərşənbə , Avqust 12 2026
azfa

İran adlanan ölkə rəsmiləri Güney Azərbaycan türk millətinin kimliyini təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin rəsmiləri Təbriz-2018 turizm ili mərasimlərindən istifadə edərək, Azərbaycan türk millətinin kimliyini təhrif etməyə davam edir.

Təbriz-2018 saytında “Azərbaycan türkcəsinin” adının təhrif edilərək “azəri” kimi təqdim edilməsindən sonra, indi də şəhərə asılan banerlərdə Azərbaycanın tarixi abidələrinin adı farslaşdırılaraq təhrif edilmiş formada xalqa və turistlərə təqdim edilir. Həmin təhriflərdən biri Azərbaycanın Qaraqoyunlu dövləti dövründə tikilən məşhur Göyməsciddir. Şəhərin müxtəlif yerlərinə asılan banerlərdə məscidin adı təhrif edilərək “məscede kəbud” şəklində əks etdirilib.

Qeyd edək ki, İran adlanan ölkənin Təbriz bələdiyyəsindəki yerli məmurları fars rejiminin rasist siyasəti istiqamətində Azərbaycan türk millətinin kimliyini təhrif etməyə cəhd göstərirlər.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın