Çərşənbə , Sentyabr 23 2026
azfa

İran adlanan yerdə ərəb qəbilələr İran rejiminin xalqa atəş açması ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana”a istinadən yaydığı məlumata görə, mayın 29-u axşam saalarında İranın Abadan şəhərində hökumət əleyhinə nümayişlər davam edərkən, Xuzestanın bir qrup ərəb qəbiləsi əllərində öz bayraqlarını tutaraq şəhərə daxil olub və hökumət qüvvələrinə xalqa atəş açmaması ilə bağlı xəbərdarlıq ediblər.

İRNA-nın məlumatına görə, Abadanda çökən 10 mərtəbəli Metropol binasının dağıntıları altından daha 2 nəfərin cəsədi tapılıb və bununla da, dağıntılar altından çıxarılan cəsədlərin sayı 31-ə yüksəlib.

Məlumata əsasən, xilasedicilər daha bir nəfərin cəsədini müəyyən ediblər, lakin onun cəsədi hələ beton dağıntılarının altından çıxarılmayıb.

Xatırladaq ki, mayın 29-da Xuzestan əyalətinin başçısı hələ də 38 nəfərin itkin düşdüyünü demişdi. Üç nəfərin də dağıntılar altından tapılmasından sonra 35 nəfərin taleyindən hələ də xəbər yoxdur.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …