Bazar ertəsi , İyun 17 2024
azfa

İran Ali Məhkəməsi Urmiya gölünün qurudulmasının qarşısını alınması tələbini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ali Məhkəməsi azərbaycanlı vəkillərin Urmiya gölünün qurumasının qarşısını almaq, onun bərpa işlərinin sürətləndirilməsi və aparılan işlərin araşdırılması ilə bağlı təkliflərini rədd edib.

İran Ali Məhkəməsi onlarla azərbaycanlı vəkil tərəfindən məsələ ilə bağlı nümayəndə kimi seçilən Mehdi Zəhiri Yusifabadi və Əsgər Məhəmmədinin müraciətlərinin keçərsiz olduğunu bildirib.

Azərbaycanlı vəkillər Şərqi və Qərbi Azərbaycan əyalətlərinin Ətraf Mühitin Mühafizəsi İdarəsi, Şəhərsalma və Yol Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Energitika Nazirliyi və başqa əlaqədar qurumları Urmu gölünün bərpası işlərində məsuliyyətsizlik etməkdə günahlandırıb, onların barəsində iddia qaldırıblar.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünü qurudub və əhalinin etirazlarından sonra gölün bərpasına söz versə də sözünü tutmayıb. Hazırda gölün 90%-ə yaxını quruyub və bərpa işlərinin aparılmayacağı təqdirdə gölün tamamilə yox olacağı gözlənilir.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …