Çərşənbə , Oktyabr 21 2026
azfa

İran Ali Məhkəməsi Əlirza Fərşinin məhkəmə işinə yenidən baxmaq tələbini rədd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ali Məhkəməsi azərbaycanlı milli-mədəni fəalı Əlirza Fərşinin məhkəmə işinə yenidən baxmaq tələbini rədd edib.

Tehran zindında həbsdə olan Əlirza Fərşinin “Sistemə qarşı təbliğat” ittihamı ilə bağlı cinayət işinə yenidən baxılması üçün tələbini iyulun 31-də İran Ali Məhkəməsinin 11-ci şöbəsinə göndərilmişdi.

Ali Məhkəmənin 11-ci şöbəsi azərbaycanlı fəalın məhkəmə işinə yenidən baxmaqla bağlı tələbinə avqustun 7-də rədd cavabı verib.

Maraqlıdır ki, Fərşinin barəsində qaldırılan qondarma cinayət işinin araşdırılması aylarla sürdüyü halda, işinə yenidən baxılması tələbi barədə ərizə bir həftə ərzində araşdıraraq mənfi cavab verilib.

Qeyd edək ki, Əlirza Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmağa cəhd məqsədilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və Xuzistan vilayətində iki il sürgün həyatı keçirmək cəzasına məhkum edilmişdi.

Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …