Cümə axşamı , Dekabr 2 2021
azfa

İran anlaşmaya zidd olaraq yüksək faizli zənginləşdirilmiş uran ehtiyatını artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın yüksək həddə zənginləşdirilmiş uran ehtiyatını dəfələrlə artırdığını bildirir.

“Azad İran” xəbər verir ki, bu barədə ajansın “France Press” tərəfindən dərc edilən 3 aylıq məxfi raporunda məlumat verilir.

Təxmin edilir ki, İranın 6 noyabra qədər uran ehtiyatı 2489.7 kiloqram olub, hansı ki, bu, 2015- ci ildə imzalanmış atom razılaşmasında nəzərdə tutulan miqdardan dəfələrlə çoxdur.

Bu ehtiyatların 113.8 kiloqramı 20% zənginləşdirilmiş urandır. Həmin rəqəm sentyabr ayında 84.3 kiloqramdan ibarət olmuşdu.

Hazırda İranın 60%-ə qədər zənginləşdirdiyi uranın miqdarı isə 17.7 kiloqramdır. Hansı ki, İran bir müddət əvvələ qədər bu həddə zənginləşdirilmiş yalnız 10 kiloqram uran depolamışdı.

Xəbər ajanslarının sözlərinə görə, 60% zənginləşdirilmiş uran asanlıqla atom bombasının hazırlanmasında istifadə edilə bilər.

Raporda, MAGATE iyun ayında Kərəc sentrifuqa istehsalı mərkəzinə edilən dron hücumu ilə bağlı Tehranın hücum edənlərin MAGATE-nin təsisatda quraşdırılmış nəzarət kameralarından istifadə etmə ehtimalının olmasına dair səsləndirdiyi iddiaları da rədd edib.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …