
GADTB: İran Parlamentin Quruculuq Komissiyasının üzvü Muctəba Yusefi deyib: “Araz dəhlizi İran, 🇦🇿 Azərbaycan, 🇦🇲 Ermənistan və 🇹🇷 Türkiyə arasında strateji əlaqə yaradacaq.
Sanksiyalar sözsüz ki, effektivdir, lakin onlarla mübarizənin ən yaxşı yolu sanksiyaları neytrallaşdırmaq üçün alternativ üsullardan istifadə etməkdir.
Bu üsullardan biri də beynəlxalq dəhlizlərin yaradılmasıdır. Bu dəhlizin tamamlanması ölkənin şimal-qərbində iqtisadi inkişafa töhfə verəcək və maddi-texniki cəhətdən cəlbedicidir.
Layihənin dəyəri 15 trilyon tüməndən çoxdur. Bu layihənin tikintisi İran və Azərbaycan arasında razılaşdırılıb və yanvarın sonunadək başa çatdırılmalıdır”. /Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi