GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün müsəlman azərbaycanlıların bütün sərhəd boyu işğalçı Ermənistanın bombardumanı altında inlədiyi anda İran tırlarla Ermənistana hərbi silah-sursat daşıyır.
Artıq irqçi fars-molla rejimi iç üzünü açmaqdan da çəkinməyib və özünün üzdən iraq İslam Respublikası yox, əsil antimüsəlman qriqoryan respublikası olduğunu sübut etdi.
Bununla bağlı molla rejiminin ideoloji mərkəzi olan Qum şəhərinin KİV-lərində əks olunan molla rejimin Azərbaycan müsəlmanlarına münasibətini olduğu kimi əks etdiririk. Bununla bağlı Qum şəhərindən idarə olunan Qomnews-un tweetini olduğu kimi tərcümə edirəm:
“Azərbaycanın Qarabağa hücumunun qınanması
Azərbaycanın Qarabağa namərdcəsinə raket hücumu nəticəsində Ermənistanın bir neçə Qarabağlı vətəndaşı şəhid olmuşdur.
Qom News ilə söhbətlərindəd bir qrup dini alim və Qum əhalisi bu cinayəti pisləyərək Azərbaycan səfirinin çağırılmasını tələb etdilər”.