Şənbə , İyul 20 2024
azfa

İran Azərbaycandakı casuslarına “Salam fərmandeh” klipi çəkdirməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycandakı casusları vasitəsilə İranın dağıdıcı və terror ideologiyasına tabe olmağı göstərən “səlam fərmandeh” klipi çəkdirməyə davam edir.

İyulun 18-də İrandan idarə olunun “HİCAB.AZ313” adlı Youtube platformasında İran hökumətinin xarici ölkələrdə siyasi-ideoloji təbliğatına xidmət edən “Salam fərmandeh” marşı “Lənkərandan Salam Fərmandeh. Yeni gözəl klip” başlığı ilə paylaşılıb.

Marşın klipi Azərbaycan türkcəsində və azərbaycanlı uşaqların ifasında səsləndirilib.

Qeyd edək ki, həmin platformada bundan öncə isə Bakıdan klip yerləşdirilib. Son vaxtlar sözügedən marşa dünyanın müxtəlif ölkələrində, xüsusilə Azərbaycanın fərqli şəhər və bölgələrində İranın təsirinə düşüb İranın casusu olan “dindar” şəxslər və onların övladlarının iştirakı ilə kliplər çəkilir, toy ziyafətlərində və müxtəlif tədbirlərdə səsləndirilir ki, bu da İranın Azərbaycan cəmiyyətinə siyasi-ideoloji və mədəni sahədə səssiz və təhlükəli şəkildə təsir etmək cəhdlərindən xəbər verir. İran bu yolla Azərbaycanda casus şəbəkəsi vasitəsilə dağıdıcı niyyətlərini həyaya keçirməyə çalışır.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …