Şənbə , Noyabr 27 2021
azfa

İran Azərbaycanla münasibətini normallaşdırdığını iddia etsə də, Ermənistanla Zəngəzur dəhlizinə alternativi müzakirə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanla İran Zəngəzur dəhlizinin alternativini müzakirə ediblər.

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb.

Tərəflər Gorus-Qafan yoluna alternativ yolun tikintisi, Şimal-Cənub yolu və “Fars körfəzi-Qara dəniz” nəqliyyat dəhlizini müzakirə ediblər.

Noyabrda İran-Ermənistan yeni yolunun istifadəyə veriləcəyini bildirən erməni səfir 2022-ci ildən yeni nəqliyyat layihələrinə başlayacaqlarını deyib.

Xatırladaq ki, “Körfəz-Qara dəniz” nəqliyyat dəhlizi Çin və Mərkəzi Asiyanı Azərbaycan və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinə alternativ sayılır.

Ermənistan və İran Çin və Hindistan mallarının İran, Ermənistan və Gürcüstan üzərindən Avropaya nəqlində maraqlıdır. Onlar Azərbaycana və Azərbaycanın Zəngəzur dəhlizinə qarşı bu addımı atırlar.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …