Cümə axşamı , Oktyabr 3 2024
azfa

İran azərbaycanlı fəal İrəc Şirzadı ETTELAAT idarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ərdəbil şəhərindən olan azərbaycanlı milli-mədəni fəal və “Traxtur” klubunun Ərdəbildə tərəfdar qruplarının başçılarındanolan İrəc Şirzadı ETTELAAT İdarəsinə çağırıb.

İran rejiminin məmurları fəallar telefon vasitəsilə əlaqə saxlayaraq, onu ETTELAAT İdarəsinə çağırıblar.

Azərbaycanlı fəal yazılı bildiriş istəsə də, ETTELAAT məmurları onu hədələyib və idarəyə getməsini istəyiblər.

Nəticədə azərbaycanlı fəal martın 15-də Ərdəbil şəhərindəki rejimin ETTELAAT İdarəsinə getməyə məcbur olub. Azərbaycanlı fəal bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

İrəc Şirzadın yaxınları bildiriblər ki, o ETTELAAT İdarəsində ona qarşı psixi təzyiq göstərilib və fəalın fəaliyyətləriilə bağlı suallar verilib.

Qeyd edək ki, İrəc Şirzad dəfələrlə Azərbaycanın milli məsələləri, o cümlədən “İran” qəzetinin azərbaycanlıları təhqir etməsi ilə bağlı keçirilən etiraz aksiyalarında, Babək Qalası Qurultaylarında, öyrənci etirazları və başqa milli aksiyalara qatıldığı üçün həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

İsrail Suriyada silah anbarını bombalayıb, Sepah-ın hərbi müşaviri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Sepah-ın Suriyadakı hərbi müşaviri Məcid Divanini üç …

Təbrizdə tarixi Gülüstan bağının dağıdılması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Təbrizdə tarixi Gülüstan bağıtmağa davam …