Cümə axşamı , Yanvar 9 2025
azfa

İran Azərbaycan səmasını izləmək üçün Gilanda dağlara 800 km-dək radiusda fəaliyyət gəstərən radar yerləşdirib

GADTB: İran Azərbaycan səmasını izləmək məqsədilə Gilanda hündür dağlarda 800 km-dək radiusda fəaliyyət gəstərən radar yerləşdirib.

“Nəzir” adlı yeni radar Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət gəstərə biləcək və xüsusilə Azərbaycan səmasını izləyə biləcək.

Radar sisteminin 30 km-dən çox hündürlüyə qədər hədəfləri aşkar etmək qabiliyyətinə malik olduğu bildirilir. “Nəzir” radarı Azərbaycanı, Ermənistan və Türkiyənin şərqinin böyük hissəsini, Gürcüstanın əksər bölgələrini, Türkmənistanın qərb hissəsini, Qazaxıstanın cənub-qərbinin bir hissəsini, eləcə də Xəzər dənizinin səmasını müşahidə edəcək.

Xəbərdə bildirilir ki, “Nəzir” radarının Gilan əyalətində fəaliyyətə başlaması ilə “Bakı hökumətinin” (Azərbaycan) səması və Xəzər dənizi İranın müdafiə şəbəkəsi tərəfindən daim nəzarət altında olacaq və istənilən düşmən hərəkətinin qarşısı alınacaq”.

Qeyd edək ki, irqçi fars-molla rejimi bunula da Azərbaycana qarşı öz düşmənçiliyini bir daha sübut etmiş olur.

Həmçinin yoxlayın

Abdülkadir Uraloğlu Türkiyənin ilk 5-ci nəsil peykinin fəaliyyətinə dair dəyərləndirmələr aparıb

GADTB: Nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Türkiyənin 2021-ci ildə “Türksat 5A” peyki ilə ku …

Təbrizdə İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın posterləri paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı milli fəal Azərbaycan …