Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran Azərbaycana qarşı iki əsas vasitə – Ermənistana dəstək və proksi müharibədən istifadə edib”

GADTB: “Atlantic Council” saytında “ABŞ #Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlığı ilə dərc olunan məqalədə yazılıb ki, #İran həm Yaxın Şərqdə, həm də hüdudlarından kənarda terror təşkilatlarını maliyyələşdirən və dəstəkləyən, eyni zamanda sabitliyi pozan qüvvə kimi tanınır.

Bildirilib ki, əgər #ABŞ Bakı ilə əlaqələrini dərinləşdirmək üçün #İsrailin Azərbaycanla yaxın münasibətlərinə əsaslansa, iqtisadi, diplomatik və təhlükəsizlik faydaları, eləcə də İrana qarşı tərəfdaşlıq əldə edər.

Sitat: “Bu gün İran etnik siyahıyaalmaya icazə verməsə də, ölkənin şimal qərbində təxminən 30 milyon azərbaycanlı yaşayır… İran Azərbaycana qarşı iki əsas vasitə – #Ermənistana dəstək və proksi müharibədən istifadə edib. İran ənənəvi olaraq Ermənistanla əlaqələrindən Azərbaycana qarşı rıçaq kimi yararlanıb”./ Azad İran

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …