Şənbə , İyun 7 2025
azfa

İran ballistik raketləri Çindən minlər ton yanacaq alır

GADTB: “The Wall Street Journal” yazıb ki, Tehran ABŞ ilə gərgin nüvə danışıqları fonunda hərbi potensialını bərpa etməyə çalışır.

Amerika ilə nüvə danışıqları zamanı öz hərbi gücünü bərpa etmək üçün İran Çindən ballistik raketlərin istehsalı üçün minlərlə ton xammal sifariş edib.

Məlumata görə, İran ballistik raketlərin istehsalı üçün lazım olan minlərlə ton materialı Çindən sifariş edib. Bildirilib ki, xammala “ammonium perxlorat” daxildir və mənbələrin dediyinə görə, yaxın aylarda İrana çatacaq. Ammonium perxlorat İranın ballistik raketləri üçün bərk yanacaq istehsalının əsas tərkib hissəsidir.

Amerika rəsmiləri İranın regionda ən böyük raket proqramlarından birinə sahib olduğunu deyirlər. Ammonium perklorat İranın ən effektiv ballistik raketlərində istifadə olunan bərk yanacaq istehsalı üçün vacibdir.

Hesabatda natrium perkloratın miqdarının təxminən 260 qısa mənzilli raketin yanacağı üçün kifayət etdiyi bildirilib.

Qeyd edək ki, bu materialların bəziləri husilər də daxil olmaqla, bölgədə İrana bağlı olan silahlı qruplara göndəriləcək.

Həmçinin yoxlayın

Tramp İrana heç bir razılaşmada uranı zənginləşdirməyə icazəsi verilməyəcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp İrana heç bir razılaşmada uranı zənginləşdirməyə icazəsi …

Türk ölkəsi Qazaxıstan Britaniya ilə hərbi saziş imzaladı

GADTB: Qazaxıstan nümayəndə heyəti Londonda Böyük Britaniya ilə hərbi əməkdaşlığa başlamaqla bağlı saziş imzalayıb. Bu …