Cümə , Oktyabr 4 2024
azfa

İran beynəlxalq xəbərdarlıqlara baxmayaraq uran metalı istehsal edib

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın beynəlxalq xəbərdarlıqlara baxmayaraq uran metalı istehsal etdiyini bildirib.

Uran filizinin ikili istifadə potensialı var və İran onu istehsal etməklə, atom bombası əldə edə bilər.

Qərbin Vyana danışıqlarının təhlükəyə düşməsi ilə bağlı xəbərdarlıqlarına rəğmən, Beynəlxalq Atom Enerjisi Agentliyi üzv ölkələrə təqdim etdiyi son hesabatda İranın zənginləşdirilmiş uran metalı istehsalında irəliləyiş əldə etdiyini təsdiqləyib.

Hesabatda bildirilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi 14 avqust, şənbə günü son hesabatında təsdiq edib ki, İran UF4 (uran tetra florid) şəklində 200 qram 20% zənginləşdirilmiş U-235 uran istehsal etmək üçün 257 qram 20 faiz zənginləşdirilmiş urandan istifadə edib.

Agentliyin bildirdiyinə görə, uran metal istehsalı mərhələsi İranın atom reaktoru üçün yanacaq plitəsi istehsalında lazım olan dörd mərhələnin üçüncüsüdür.

Qeyd edək ki, İranın ikili istifadə qabiliyyəti və həmin filizin atom bombası istehsalında istifadə oluna bilməsinə görə uran metalı istehsalı yönündə fəaliyyəti indiyədəka Avropanın üç böyük gücünü və Amerikanı qəzəbləndirib.

Həmçinin yoxlayın

İsrail Suriyada silah anbarını bombalayıb, Sepah-ın hərbi müşaviri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Sepah-ın Suriyadakı hərbi müşaviri Məcid Divanini üç …

Təbrizdə tarixi Gülüstan bağının dağıdılması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Təbrizdə tarixi Gülüstan bağıtmağa davam …