GADTB: İranda ermənilərə məxsus HUR Tərcümə və Araşdırmalar Mərkəzinin “Telegram” kanalı xəbər verir ki, İran parlamentinin üzvləri Zəngəzur dəhlizi məsələsində İranın mövqeyini dəstəkləyən bəyanatlar verməyə davam edirlər.
Əsas məqamlar bunlardır:
“- Dəhliz İranın milli təhlükəsizliyi və ərazi bütövlüyünə təhdiddir;
– İran sərhədlərin dəyişdirilməsinin əleyhinədir və istənilər halda buna qarşı mübarizə aparacaq;
– İran daxilində dəhlizin yaradılması ilə bağlı tam konsensus və yekdil fikir var;
– İran və Ermənistan arasında birbaşa sərhəd əlaqəsi “minillik tarixə” malikdir və bütün ölkələr, o cümlədən Rusiya bu sərhədlərə hörmətlə yanaşmalıdır;
– Rusiyanın mövqeyi arxadan vurulan xəncərə bənzəyir;
– İranın danışıqlarda iştirak etməməsi onları həssas edir və İranın qarşılıqlı anlaşma, təhlükəsizlik və sabitliyin yaradılmasında rolu danılmazdır”./ Azad İran