
GADTB: İran danışıqları rədd edərsə, Avropa Tehrana qarşı sanksiyaları bərpa etməyə hazırdır.
Fransa xarici işlər naziri Jan-Noel Barrot bildirib ki, Avropa İttifaqı (Aİ) İran danışıqları rədd edərsə, ona qarşı sanksiyaları bərpa etməyə hazırdır.
Onun sözlərinə görə, Paris və Vaşinqton hesab edir ki, İranın nüvə proqramı ilə bağlı daimi həllə nail olmaq üçün danışıqlar lazımdır.
Fransa XİN rəhbəri qeyd edib ki, İran AEBA əməkdaşlarının işini davam etdirməsinə icazə verməlidir.