Bazar , Sentyabr 19 2021
azfa

İran dövlətinin qəsdən laqeydliyi üzünndə Təbrizin tarixi Pinəşalvar qəbristanlığı  məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimin Azərbaycanın tarixi abidələrinə qəsdən laqeyudliyi üzündən Təbriz şəhərinin yaxınlığındakı Pinəşalvar kəndində yerləşən tarixi məzarlıq məhv edilməkdədir.

Pinəşalvar məzarlığı rəsmilərin laqeydliyi nəticəsində tarixi əşya qaçaqmalçıları və dəfinə axtaranlar tərəfindən aparılan qazıntılardan dolayı əsaslı şəkildə xəsarət alıb.

Tarixi məzarlıq mühafizə olunmadığı üçün uzun müddət ərzində oğruların və tarixi əşya qaçaqmalçıları tərəfindən talan və bir çox qəbir dağıdılıb.

Bu tarixi qəbiristanlıqda kişi cinsiyyət orqanına bənzər silindrik və iki yarımkürəyə bənzər qadın döşlərini simvollaşdıran daşlar mövcuddur.

İslamdan öncəyə aid olan qəbir daşlarının cinsiyyət orqanı şəklinə bənzəməsi səbəbilə İran hakimiyyətinin bu tarixi irsi mühafizə etməsində laqeyd olduğu deyilir.

İranın Gülüstan vilayətində Türkmənistan sərhədi yaxınlığında Pinəşalvar məzarlığına bənzər Xalid Nəbi adlı bir başqa məzarlıq da mövcuddur. Həmin məzarlıq isə sürətli bir şəkildə məhv olmaq üzrədir. 2017-ci ildə bu tarixi məzarlığın qəsdən yandırıldığı və bəzi daşlarının isə sındırıldığı xəbəri yayılmışdı. Buna baxmayaraq, əlaqədar qurumların bu məsələ barədə laqeydliyi nəticəsində həmin məzarlıqların məhv edilməsi davam edir.

Pinəşalvar və buna bənzər digər məzarlıqlarda heç bir elmi və arxeoloji tədqiqat aparılmadığı bildirilir. Ancaq bəzi nəzəriyyələrə görə, bu qəbiristanlar Skiflər dövrünə aiddir.

Azərbaycanlı milli fəallar Azərbaycanın bir çox yerində türklərə aid olan tarixi yerlər və abidələrə qarşı hökumətin laqeyd yanaşmasını tənqid edir, bu abidələri mühafizə etmək üçün yetərli tədbirlərin alınmadığını deyirlər.

Ümumiyyətlə belə məkanlar dövlətlər tərəfindən çəpər, gözətçi və kamera ilə təchiz olunaraq mühafizə edilir və turistlər üçün açılır.

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …