Cümə axşamı , Oktyabr 22 2026
azfa

İran Dövlət Televiziyası yenidən Azərbaycan vilayətini qəsdən Kürdüstan adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanla düşmənçilik edən irqçi fars rejimi özünün dövlət televiziyası və onun saytında Qərbi Azərbaycan vilayətinin  Soyuqbulaq (Mahabad) şəhərini Mahabad vilayəti kimi təqdim edir. Bundan məqsəd isə qanunsuz şəkildə kürdləşdirməyə çalışdıqları Qərbi Azərbaycan vilayətini Kürdüstan kimi tanıtmaqdır.

İran televiziyası avqustun 4-də Qərbi Azərbaycanın Soyuqbulaq şəhərində məhərrəmlik mərasimləri ilə bağlı hazırladığı reportajda yenidən bölgəni Qərbi Azərbaycan vilayəti yox, kürdləşdirdikləri “Mahabad vilayəti” kimi təqdim edib.

Bundan öncə isə rejimin televiziyası Qərbi Azərbaycanın Üçnova şəhərindən hazırladığı reportajda bölgəni Kürdüstan adlandırmışdı.

Qeyd edək ki, İran rejimi xüsusilə son illərdə terrorçu çürd qruplaşmaları ilə eyni formada Qərbi Azərbaycan vilayətini Orumiye vilayəti kimi təqdim etməklə Azərbaycan böyük hissəsini Kürdüstanlaşdırıb, Azərbaycandan ayırmağı qarşıya məqsəd qoyublar.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …