Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran dövlətindən Azərbaycana qarşı fitnəkarlıq; Təbrizdə Tacikistan mədəniyyət həftəsi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars rejimi türk ölkələri olduğu halda Şərqi Azərbaycanda Tacikistanın mədəniyyət həftəsini keçirməklə, Azərbaycanla açıq düşmənçiliyə başlayıb.

İranın rəsmi göstərişi ilə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Baş İdarəsinin rəisi Əhməd Həmzəzadə oktyabrın əvvəllərində rəhbərlik etdiyi idarə ilə Mədəniyyət və İslami Maarif İdarəsinin birgə təşkilatçılığı ilə Təbrizdə “Tacikistan mədəniyyət həftəsi”nin keçiriləcəklərini bildirib.

Həmzəzadə tədbirin Azərbaycanda keçirilməsini Kəmaləddin Xocəndinin məqbərəsinin Təbrizdə olması ilə əlaqələndirib və bunu Tacikistanla Şərqi Azərbaycan əhalisinin mənəvi bağlarında önəmli rol oynadığını iddia edib.

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Baş İdarəsinin rəisi tədbirin planlaşdırılması barədə deyib: “İran və Tacikistan xalqları arasında mədəni və tarixi ortaqlıqlardan əlavə, hər il Tacikistan xalqı Təbrizin “Kamal bağı”ndakı Kəmaləddin Xocəndinin məqbərəsini ziyarət etməyə gəlir”.

Qeyd edək ki, İranın irqçi fars rejimi son illər Azərbaycanla düşmənçilik zəminində sırf Güney Azərbaycanda Azərbaycan düşmənləri üçün müəssisələr açıb, tədbirlər keçirir. Rejim Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Baş İdarəsi vasitəsilə aprel ayının 20-də Azərbaycanda yaşayan ermənilərin kilsəsi ilə birgə Təbrizdə erməni muzeyinin yaradılması üçün ortaq plan üzərində işlədikləri bildirmişdi.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …