GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran və Ermənistan Qafanda birgə texniki-peşə mərkəzi yaradır.
Bu barədə mətbuata açıqlamasında Şərqi Azərbaycan əyalətinin Texniki-Peşə Mərkəzinin rəhbəri Əli Məşayexi deyib.
Məşayexi Ermənistanın onlardan üç istiqamət – günəş enerjisi panellərinin quraşdırılması, mədənçilik və informasiya texnologiyaları üzrə peşə təhsilinin verilməsi sahəsində kömək istədiyini bildirib.
Layihədə ləngimə olmasa, tədrisin bu il başlaması nəzərdə tutulur.