İran Erməistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlı fəalın həyat yoldaşını da həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Qriqoryan molla rejimi Güney Azərbaycanın Ərdəbil şəhərində  Erməistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlı milli fəal Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadəni də həbs edib.

Güney Azərbaycanın Ərdəbil şəhərində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün dəstək aksiyası zamanı saxlanılan fəalların ailə üzvləri əzizlərinin vəziyyətindən xəbərdar olmaq üçün oktyabrın 3-də Ərdəbil məhkəməsinin 10-cü istintaq şöbəsinə müraciət etdikdə məhkəmə sədri Nonəhalın kobud və təhqiramiz davranışı ilə qarşılaşıblar.

Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə öz həyat yoldaşı və digər azərbaycanlı milli fəalların qanunsuz həbsinə və ermənipərəst rejimin təhlükəsizlik qüvvələrinin davranış tərzinə, eləcə də hakimin tərbiyəsizliyinə etiraz etdiyi üçün Nonəhalın əmri ilə həbs edilib.

Qeyd edək ki, daha əvvəl Ərdəbildə və oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın