Şənbə , Yanvar 23 2021
azfa

İran erməni təcavüzünü pisləyən 3 azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi azərbaycanlı fəallardan Əhməd Məhəmmədpur, Əli Məali və Ramin Danəndə İran rejimi tərəfindən mühakimə edilib.

Azərbaycanlı fəalların bazar günü noyabrın 22-də məhkəmələrinin ilk iclası rejimin Ərdəbildə yerləşən məhkəməsində keçirilib.

Bundan əvvəl isə fəallar Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə müstəntiq Babək Nonəhalın rəhbərlik etdiyi Şəhid Beheşti İnqilab Prokurorluğunun Ərdəbil şəhərindəki 10 saylı şöbəsində “milli təhlükəsizliyə qarşı yığıncaq və əlbir olmaq”da ittiham olunublar.

Ərdəbildə yaşayan azərbaycanlı milli-mədəni fəallar Əhməd Məhəmmədpur, Əli Məali və Ramin Danəndə, Qarabağın azadlığı əməliyyatına dəstək və İran hökumətinin Ermənistana silah-sursat yardımına etiraz olaraq keçirilən aksiyaya qatılmışdılar. Onlar oktyabrın 1-də Ərdəbilin Şəriəti meydanında ağır döyüldükdən sonra polis tərəfindən həbs edilmişdilər.

Rejimin Ərdəbildə yerləşən zindanının karantin bölməsində saxlanılan Əhməd Məhəmmədpur 450 milyon tümən, Əli Məali və Ramin Danəndə isə hər biri 350 milyon tümən girov müqabilində məhkəməyə qədər zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Ermənistanın Azərbaycana qaytaracağı Kərki və Qazaxın 7 kəndi barədə yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər …

Rejim Azərbaycan türklərinə aid olduğu üçün “Yağış” jurnalının fəaliyyətinə son qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  Azərbaycan Azərbaycan türklərinə aid olduğu …

Bir cavab yazın