Bazar ertəsi , Fevral 9 2026
azfa

İran ermənilərə yardım üçün Zəngəzura mütəxəssislər göndərdi

GADTB: Qafana səfər edən iranlı mütəxəssislər Zəngəzur mis-molibden zavodunda və Şimal-Cənub magistralının tikinti sahələrində olublar. Bu barədə Ermənistan Baş naziri Aparatı mətbuat xidməti məlumat yayıb.

İranlı ekspertlər və media nümayəndələri Zəngəzur mis-molibden zavodunun tam sənaye dövrü ilə tanış olub, şirkətin istehsalat sahələrinə, açıq mədəninə ekskursiya keçirib.

Daha sonra Şimal-Cənub magistral yolunun Aqarək-Kacaran hissəsində iranlı podratçı tərəfindən tikilən yolun bir hissəsinə baş çəkiblər. Qonaqlar iranlı inşaatçılarla görüşüb söhbət edib, dövlətlərarası yolun tikintisi ilə bağlı aparılan genişmiqyaslı işlərin şahidi olublar. Sabah erməni ekspertlərin iştirakı ilə yekun panel müzakirələri keçiriləcək”, – məlumatda qeyd olunur.

Həmçinin yoxlayın

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən …

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …