Çərşənbə , İyul 24 2024
azfa

İran ermənilərin Azərbaycana qarşı yazdığı “Bakı ermənilərinin Gilana sığınması” kitabına təqdimat keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Azərbaycana qarşı erməniləri dəstəkləməkdə davam edir. Bu istiqamətdə ermənilərin Azərbaycana qarşı yazdığı “Bakı ermənilərinin Gilana sığınması” adlı qərəzli kitab İranın Gilan vilayətində fars dilinə tərcümə edilərək çap edilib.

Azərbaycana qarşı çap edilən kitabın artıq Gilan Universitetində təqdimat mərasimi də keçirilib.

Bir tərəfdən Məhəmməd Cavad Zərif Ermənistana səfər edərək erməniləri Azərbaycana qarşı himayə edərək ayağa qaldırır. Bununla eyni zamanda isə Azərbaycana qarşı yalan erməni iddialar əsasında yazılmış “Bakı ermənilərinin Gilana sığınması” adlı Antiazərbaycan kitabı Gilan Universitetində farscaya tərcümə etdirərək, çap etdirmiş və üstəlik ona təqdimat mərasimi də keçirmişlər.

İran rejimi beləliklə universitet və elmi mərkəzləri də erməni yalanları ilə zəhərləyir. Tarixi həqiqətləri olduğu kimi göstərmək yerinə erməni uydurmalarını təbliğ edir. Halbuki, kimsəyə sirr deyildir ki, elə İrəvanın özündə 300 min Azərbaycan türkü ermənilər tərəfindən soyqırıma məruz qalmışçdır.   

Qeyd edək ki, erməni yalanları əsasında yazılmış həmin kitabın çapı və təqdimatında Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin rəisi dr. Seyid Haşım Musəvi və universitetin ictimai və mədəniyyət üzrə direktoru dr. Əli Yəqubi əsas rol oynayıblar.

Həmçinin yoxlayın

Türk ölkələri Qazaxıstan və Özbəkistan yeni T916 hava dəhlizini açdı

GADTB: Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir Qazaxıstan və Özbəkistan …

Azərbaycanlı futbolçu Əmir İbrahimzadə “Traxtur”dan çıxarılıb, xorvatiylı fubolçu gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən mövsüm “Traxtur”un heyətində olmaq fürsəti qazanan Azərbaycanın …