Cümə axşamı , Fevral 6 2025
azfa

İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun nümayəndə heyəti Ermənistanda səfərdədir

GADTB: Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvana səfər edən İran parlamentinin Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ara Şaverdiyan və nümayəndə heyəti ilə bir araya gəlib.

Vaaqn Xaçaturyan ötən ilin Ermənistan-İran münasibətləri üçün faydalı olduğuna toxunaraq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin və müntəzəm qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb. O, İranın Ermənistan üçün mühüm və strateji tərəfdaş olaraq qaldığını da bildirib.

Eyni zamanda dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran parlamentinin İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ara Şaverdiyan və nümayəndə ilə görüşdə Tehran və İrəvan arasındakı möhkəm əlaqələrə toxunaraq, iki ölkənin münasibətlərinin davamlı inkişafı üçün lazımi tədbirlərin görülməsini vacib hesab edib.

İran parlamentinin erməni nümayəndəsi Ara Şaverdiyan bildirib ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Habelə, tərəflər “Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması baxımından Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsindən söz açıblar”.

Dünən həmçinin Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İran parlamentinin İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ara Şahverdiyan və İran nümayəndə heyəti ilə görüşüb. Erməni nazir deyib ki, “enerji və yol tikintisi Ermənistan və İran arasında əməkdaşlığın əsas sahələridir”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Qəhrəmanmaraş zəlzələsində həyatını itirənlərin anım mərasimində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

Türk Dövlətlərinin parlamentariləri bir araya gələcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək. Toplantının İstanbulda keçirilməsi …