Bazar ertəsi , İyun 17 2024
azfa

İran Ermənistana Şərqi Azərbaycanda konsulluq açdırmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycana qarşı Qərbi Zəngəzurun Qafan şəhərində konsulluq açmasının qarşısında Ermənistana da Təbrizdə konsulluq açdırmaq istəyir.

Bu istiqamətdə iyulun 29-da işçağlçı Ermənistanın İrandakı səfiri Arsen Avakyan Şərqi Azərbaycan əyalətinin valisi ilə görüşdə Təbrizdə Ermənistan konsulluğunun açılmasını istəyib.  

“Eghtesad News” saytı xəbər verir ki, iki ölkə arasında iqtisadi əlaqələrin artırılmasının önəmini vurğulayan erməni səfir əlavə edib: “Biz İran və Ermənistan arasında ticarət və ixracın həcmini 1 milyard dollara çatdırmağa çalışırıq”.

“İranın Ermənistanla qonşu əyalətləri İrəvan üçün xüsusi əhəmiyyət kəsb edir” deyən Avakyan ölkəsinin Təbrizdə konsulluğunun açılmasına şərait yaradılmasını xahiş edib.

Sitat: “Biz iki ölkə arasında rəsmi şəxslər və iş adamları arasında birbaşa görüşlər keçirməyə hazırıq və Şərqi Azərbaycan rəsmilərini və sahibkarlarını Sünik vilayətinə səfərə dəvət edirik”.

Son 30 ildə Araz çayına müxtəlif kimyəvi tullantılar axıdan Ermənistanın səfiri iddia edib: “Araz çayı hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir və ekoloji problemləri aradan qaldırmaq üçün Ermənistandakı mədənlərdən biri bağlanıb ki, problemin həlli üçün lazımi tədbirlər görülsün”.

Onun sözlərinə görə, Şərqi Azərbaycan bizim üçün ən yaxın tranzit marşrutu sayılır və bu əyalətdə istehsal olunan məhsulları almaq bizim öncəliklərimizdən biridir.

Görüşdə Şərqi Azərbaycan valisi Abidin Xorrəm də başçılıq etdiyi əyalətlə işçalçı Ermənistanın “Sünik” (Qərbi Zəngəzur) vilayəti arasında ticarət və iqtisadi əlaqələrin artırılmasına çağırış edib.

“Araz çayı bizim üçün xüsusi əhəmiyyət daşıyır və gözləntimiz odur ki, Ermənistan tərəfindən mədən tullantılarının yaratdığı çirklənməyə nəzarət üçün əsaslı tədbirlər görüləcək”,-deyə o vurğulayıb.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …